Nida Xəbər
Ramiz Mehdiyevin məhkəməsi bu gün başlayır
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun bu gün məhkəmə istintaqı başlayır.
Publika.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada baxılacaq.
Hakimlər heyətinin tərkibində Firdovsi Əliyev və Namiq Kərimov təmsil olunur.
Bu gün keçirilən iclasda dövlət ittihamçısının ittiham aktını açıqlayacağı, təqsirləndirilən şəxslərin ifadəsinin başlanacağı gözlənilir.
Xatırladaq ki, Ramiz Mehdiyev və onun köməkçisinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də keçirilib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.
-
Sosial10:06Bakıda tanınmış restoranda biabırçılıq - FOTO
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov
-
İqtisadi gündəm09:18Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi







.jpg)



























.jpg)
