Nida Xəbər
Prezidentin təltif etdiyi Jalə Əliyevanın dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub.
Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olub.
1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülüb. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak edib, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirib.
1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnib.
Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Şərqşünaslıq fakültəsi Elmi Şurasının üzvüdür.
1996-cı ildə "Füzulişünaslığın təşəkkülü və inkişaf meylləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2006-cı ildə "Çağdaş Türk şeirinin poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Ali Attestasiya Komissiyasının qərarı ilə ona 2012-ci ildə dosent, 2014-cü ildə professor elmi adları verilib. AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və AMEA-nın Ədəbiyyat Müzeyinin Elmi Şurasının üzvüdür.
100-ə yaxım elmi məqalənin, 4 elmi monoqrafiyanın, 1 dərs vəsaitinin və 1 metodik vəsaitin müəllifidir. Həmçinin, 3 elmi araşdırma kitabı və 2 monoqrafiyaya elmi redaktorluq, 1 dissertasiya müdafiəsinə elmi rəhbərlik və 8 dissertasiya müdafiəsinə rəsmi opponentlik edib.
Azərbaycan Yazıçılar Birliyinin və İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) üzvüdür.
Üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini olub. Hazırda Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, sosial-siyasət komitəsinin üzvüdür.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, komitə sədr müavini və sədr vəzifələrinə seçilmişdir. Hazırda MDB Parlamentlərarası Assambleyasının üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri olub. 2024-cü il oktyabrın 8-də Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Eyni zamanda Azərbaycan-Türkiyə, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Almaniya, Azərbaycan-Avstriya və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının üzvüdür.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






.jpg)

.jpg)
.webp)
.jpg)

























