Nida Xəbər
Kamran Əliyev Gəncədə vətəndaşları qəbul etdi
Baş prokuror Kamran Əliyev oktyabrın 7-də Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, qəbulda iştirak etmiş 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Gəncə şəhərində xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuş, yeni xidməti mənzillər istifadəyə verilib.
Baş prokuror mənzillərə baxış keçirərək yaradılmış şəraitlə tanış olub, əməkdaşların sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
-
Magazin201:11Məşhur müğənninin model sevgilisi dərin dekolteli libasda - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi
-
MDB5 Noyabr 22:24Xameneinin məktubu Putinə çatdırıldı
-
MDB5 Noyabr 21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi
-
Dünya5 Noyabr 20:36Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı











.jpg)










.jpg)













.jpg)

