Nida Xəbər
Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
Davamlı sülh yalnız hərbi əməliyyatların başa çatması ilə deyil, barışıqla da təmin oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə parlamentinin deputatı, Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq konfransda bəyan edib.
O qeyd edib ki, Cənubi Qafqaz münaqişə, məcburi köçkünlük və dərin humanitar iztirablarla üzləşib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında əldə olunmuş ilkin sülh razılaşmasına itkin düşmüş şəxslərlə bağlı müddəanın daxil edilməsi mühüm göstəricidir.
Çavuşoğlu bildirib ki, bu məsələ daha geniş sülh prosesinin tərkib hissəsi kimi qəbul edilir. O vurğulayıb ki, itkinlərlə bağlı problemin sülh quruculuğu və barışıq prosesinin ayrılmaz hissəsi kimi tanınması insanlar arasında qarşılıqlı etimadı artıracaq və davamlı sülh üçün möhkəm sosial zəmin yaradacaq.
“Cənubi Qafqazda sülh yalnız hərbi əməliyyatların başa çatması ilə yekunlaşmamalıdır. Sülh itkin düşmüş şəxslərin ailələrinin həyatına və qəlbinə də gəlməlidir”, - deyə Çavuşoğlu qeyd edib.
Müəllif: Adəm
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı







.jpg)




























.jpg)


