Nida Xəbər
AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik Azərbaycanla Türkiyə arasındakı münasibətlərə dair açıqlama verib.
Publika.az “Haber Global”a istinadən xəbər verir ki, Çelik iki ölkənin “bir millət, iki dövlət” prinsipi əsasında münasibətlər qurduğunu bildirib.
O qeyd edib ki, Türkiyə və Azərbaycanın daxili siyasətində müəyyən fərqlər, eləcə də daxili və xarici siyasət məsələlərində fərqli yanaşmalar ola bilər. Çelikin sözlərinə görə, fikir ayrılığı yarandıqda tərəflər bunu qarşılıqlı dialoq yolu ilə həll edir və əməkdaşlığı davam etdirirlər. O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında səmimi qardaşlıq münasibətlərinin olduğunu vurğulayıb.
AK Parti sözçüsü Türkiyə ilə Azərbaycanın münasibətlərinə müdaxilə etməyə çalışan bəzi ölkələrin olduğunu da deyib. O, belə cəhdlərin qarşısının alınacağını bildirib və Türkiyədə bəzi qrupların və sosial şəbəkə istifadəçilərinin Azərbaycanı əsassız şəkildə hədəfə aldığını qeyd edib.
"Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. O ölkələrin niyyətlərinə çatmağına icazə verməyəcəyik. Bundan başqa, Türkiyənin daxilində bəzi qrupların, sosial şəbəkə istifadəçilərinin Azərbaycanı səhvən hədəfə aldığını görürük", - o vurğulayıb.
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
















.webp)














.jpg)
.jpg)


