Nida Xəbər
Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə oldu - FOTO
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Litva Respublikasının General Conas Zemaitis adına Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
Səfər çərçivəsində Milli Müdafiə Universitetində (MMU), onun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüşlər keçirilib.
Qonaqlara hərbi təhsil sisteminin təşkili, hərbi kadrların hazırlanması, tədris prosesinin təşkili və təhsilalanların peşəkar hazırlığının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Həmçinin hərbi təhsil sahəsində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Səfərin yekununda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin ifasında nümunəvi çıxış təqdim olunub.
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...
-
Rəsmi xronika10:16İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə getdi - FOTO
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Rəsmi xronika09:26İlham Əliyev Türkmənistana getdi - VİDEO
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: Altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək

























.jpg)

.png)

















