Nida Xəbər
Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi
Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin zabiti vəzifəsini icra etmiş İlham Qüdrət oğlu Məmmədlinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla İlham Məmmədlinin sözügedən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ehtiyatda olan zabit, Səhiyyə Nazirliyinin "Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi" Publik Hüquqi Şəxsdə mühəndis vəzifəsində işləyən Mirhəmdulla Əmirovun təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sonuncunun işlədiyi mərkəzdə iş yerindən yayınmaq məqsədilə guya hərbi təlim toplanışlarında iştirak etməsinə dair saxta arayışlar tərtib etməsinə, həmin arayışları 2025-2026-cı illərdə Mirhəmdulla Əmirova təqdim edərək ona əsassız şəkildə əmək haqqı ödənilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında İlham Məmmədliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Mirhəmdulla Əmirova isə həmin Məcəllənin 32.4,313 (vəzifə saxtakarlığına təhrik etmə), 32.4, 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...
-
Rəsmi xronika10:16İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə getdi - FOTO
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: Altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi



















.png)


















