Nida Xəbər
Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifə açılıb - Samir Vəliyev
“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yeni səhifə açılıb. Ölkəmiz regionun türkdilli dövlətləri ilə də əlaqələrini davamlı olaraq inkişaf etdirir və əməkdaşlığını yeni məzmunla zənginləşdirir. Azərbaycanın son illər əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Türkmənistandır”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da yaradılıb. O vaxtdan indiyədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb. “Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir” – deyən deputat əlavə edib ki, Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir.
Millət vəkilinin fikrincə, Azərbaycan-Türkmənistan münasibətlərində son illərdə müşahidə olunan dinamika qarşılıqlı səfərlərin məntiqi nəticəsidir. Səfərlər zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin zəngin perspektivlərə malik olduğunu göstərir. Bu baxımdan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərləri dostluq və qardaşlığımızın tərənnümüdür. Dövlətimizin başçısının oktyabrın 8-də Türkmənbaşı şəhərinə səfəri də bu kontekstdə yüksək dəyərləndirilməlidir. Səfər zamanı Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirak edib.
Samir Vəliyev qeyd edib ki, ölkəmiz bu platformaya ötən ilin noyabrında tamhüquqlu üzv qəbul olunub və təqdirəlayiq haldır ki, bu təşəbbüslə məhz Türkmənistan tərəfi çıxış edib. 8-ci Məşvərət Görüşündə çıxış edən Prezident İlham Əliyev son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini söyləyib. Ötən ildən başlayaraq ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi də bunun göstəricisidir. Təbii ki, bütün bunlar iki ölkə arasında siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün xoş niyyətin ifadəsidir. Digər tərəfdən, ötən il Türkmənistanın işğaldan azad olunmuş Füzuli şəhərində məscid tikintisini həyata keçirməsi də xalqımız tərəfindən yüksək dəyərləndirilir.
Deputatın fikrincə, region ölkələrinin liderlərini bir araya gətirən 8-ci Məşvərət Görüşü Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır”.
“Məşvərət Görüşləri çərçivəsində siyasi məsələlərlə yanaşı, konkret iqtisadi və infrastruktur layihələrinin, enerji təşəbbüslərinin, nəqliyyat bağlantılarının və humanitar əməkdaşlıq imkanlarının müzakirə edilməsi formatın praktiki əhəmiyyətini də artırır. Türkmənistanda keçirilən 8-ci Məşvərət Görüşündə Azərbaycanın bu platformaya sədr seçilməsi isə onun işini daha da gücləndirəcək. Dövlət başçıları arasında ikitərəfli təmasların bu prosesə əlavə dinamika verməsi də çoxtərəfli platformada əldə olunan razılaşmaların ikitərəfli münasibətlər səviyyəsində də davam etdirilməsinə imkan yaradır” – deyə, Samir Vəliyev vurğulayıb.
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO
-
İdman09:00Maradonanın həkimlərinə qarşı ağır ittihamlar - Prokuror elə cəzalar istədi ki...
-
ABŞ08:48Nəhəng kabaçki yetişdirən qadın rekorda imza atdı
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qeyd edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...

























.png)












