Nida Xəbər
Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagird və müəllimlərin geyiminə dair tələbləri vahidləşdirməsi təhsil mühitində vahid standartların qorunması baxımından müzakirələrə səbəb olub. Qərarda şagirdlərin məktəbli formasına, eləcə də təhsilverənlərin geyiminə dair müəyyən tələblər əksini tapıb. Yeni qaydalar məktəblərdə nizam-intizamın, bərabərliyin və tədris mühitinin vahid prinsiplər əsasında təşkilinin əhəmiyyətini gündəmə gətirib. Xüsusilə dünyəvilik prinsipi və hicabla bağlı məsələlər cəmiyyətdə diqqət çəkən mövzulardandır.
Publika.az mövzu ilə bağlı millət vəkili Aydın Hüseynovun fikirlərini öyrənib.
Millət vəkilinin sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərar ilk növbədə təhsil mühitində hüquqi və təşkilati standartların gücləndirilməsinə xidmət edir. Burada məqsəd yalnız geyim formasını müəyyənləşdirmək deyil, həm də məktəbdə nizam-intizamı, bərabərliyi, peşəkar davranış mədəniyyətini və tədris prosesinin neytral xarakterini qorumaqdır.
A.Hüseynov bildirdi ki, “Ümumi təhsil haqqında” Qanunda millilik və dünyəvilik dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Yeni qaydalarda da şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəsinə yol verilmədiyi təsbit olunur.
Deputatın sözlərinə görə, təhsilverənlər üçün də eyni yanaşma tətbiq edilir. Müəllimlərin geyimi təmiz, sadə, səliqəli və işgüzar olmalı, pedaqoji fəaliyyətə, məktəbin iş mühitinə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun gəlməlidir. O qeyd etdi ki, müəllim yalnız fənn tədris edən şəxs deyil, eyni zamanda məktəbin peşəkar və davranış standartlarını təmsil edən nümunədir.
Hicabla bağlı məsələyə toxunan A.Hüseynov bildirdi ki, hüquqi məqamlar düzgün izah edilməli, mövzu ətrafında əsassız mülahizələrə yol verilməməlidir. Onun fikrincə, burada söhbət dini etiqad azadlığının və ya qadınların dini geyim seçiminin ümumi şəkildə məhdudlaşdırılmasından deyil, dövlət ümumi təhsil müəssisələrində vahid təşkilati mühitin və dünyəvilik prinsipinin qorunmasından gedir.
Millət vəkili vurğuladı ki, fərdi dini seçimlə məktəbin institusional qaydaları eyni hüquqi müstəvidə qiymətləndirilməməlidir. Bu məsələdə əsas məqam hüquqlar arasında tarazlığın qorunmasıdır. Valideynlərin uşaqlarını öz dini əqidələrinə uyğun tərbiyə etmək hüququ qanunla tanınsa da, uşağın dini etiqada məcbur edilməsinə yol verilmir.
A.Hüseynovun sözlərinə görə, qaydaların tətbiqi zamanı valideynlərin həssaslığı, uşağın şəxsiyyətinin sərbəst formalaşması və məktəbin dünyəvi xarakteri birlikdə nəzərə alınmalıdır.
Deputat qeyd etdi ki, dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlət məktəbində bütün uşaqlar üçün neytral, bərabər və təhlükəsiz təhsil mühitinin qorunması prinsipidir. Onun fikrincə, milli-mənəvi dəyərlərlə dünyəvi dövlətçilik arasında düzgün hüquqi balans məhz bu yanaşma əsasında qurulmalıdır.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər









.jpg)






















