Nida Xəbər
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşdü - Foto
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, qonaqları səmimi salamlayan nazir K.Heydərov Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin inkişafı kontekstində fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, iki qurum arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsi, müxtəlif fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üzrə operativ koordinasiya və digər istiqamətlərdə əməkdaşlığın qarşılıqlı faydasından danışıb, bu səfərin və aparılan müzakirələrin əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Səmimi görüşə görə təşəkkürünü bildirən İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momeni müxtəlif vaxtlarda İranda baş vermiş irimiqyaslı fövqəladə hadisələr zamanı Azərbaycanın göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini vurğulayıb. Qonaq iki qurum arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışıb, bu səfərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov






.jpg)




.jpg)






.jpg)
















