Nida Xəbər
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim etdi - Foto
Azərbaycanın Pakistanda yeni təyin olunmuş səfiri İrfan Davudov etimadnaməsini bu ölkənin Prezidenti Asif Əli Zərdariyə təqdim edib.
Publika.az xəbər verir ki, səfirlikdən bildirilən məlumata görə, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir İrfan Davudov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan Prezidentinə çatdırıb.
Səfiri təyinatı münasibətilə təbrik edən Prezident Asif Əli Zərdari Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Pakistan Prezidenti iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb. O, siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyini qeyd edib.
Prezident Asif Əli Zərdari enerji, regional bağlantılar və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, müdafiə sənayesi sahəsində əldə olunan irəliləyişi alqışlayıb. Həmçinin, birbaşa hava əlaqələrinin turizmin inkişafına və xalqlar arasında təmasların genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
İrfan Davudov Pakistanda səfir kimi təyin olunmasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə prezidentinin rolunu xüsusi vurğulayıb.
Səfir Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayaraq, Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb, bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib.
Görüşdə, həmçinin yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət, qarşılıqlı investisiya, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov







.jpg)









.jpg)


















