Nida Xəbər
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirildi - Foto
Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi "minasız dünya" məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı 2026-cı il oktyabrın 11-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda davam etdirib.
Publika.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən Qurtuluş meydanında Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb.
Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli şəkillər yer alıb.
Daha əvvəl Cenevrədə - BMT-nin Avropa ofisinin yerləşdiyi "Millətlər Sarayı" meydanında eyni motivli sərgi təşkil olunmuşdu.
"Gilavar Foto Klubu" Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi "Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər" qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO








.jpg)








.jpg)

















