Yol polisi xəbərdarlıq etdi
Bizi izləyin

Nida Xəbər

Yol polisi xəbərdarlıq etdi

Yol polisi xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərində təhlükəli yol sahələri ilə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahədə sürücü intizamının qənaətbəxş olmamasından xəbər verir.

Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsünün dəmir yol xəttinin üzərində məcburi dayanması nəticəsində hərəkətdə olan qatarla toqquşub. Sürücü son anda avtomobili tərk etməyə müəssər olsa da, dəmir yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.

"Aparılan təhlillər göstərir ki, oxşar qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olmaları, sonda qəzaları qaçılmaz edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır: Nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər - deyə məlumatda qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm