Nida Xəbər
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Şri-Lankanın xarici işlər naziri Vicita Herat oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Səfər zamanı nazir iştirakçı ölkələrdən, o cümlədən Qazaxıstan, Özbəkistan və Tacikistandan olan həmkarları, həmçinin ev sahibi olan Azərbaycanın rəhbərliyi və AQEM-in baş katibi ilə ikitərəfli danışıqlar aparacaq", - məlumatda bildirilib.
Həmçinin qeyd olunub ki, səfər Şri-Lankanın Asiya ölkələri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə və Mərkəzi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatları ilə iqtisadi tərəfdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır.
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
-
Dünya10:06İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir”
-
Sosial09:57Aparat rəhbəri vəzifəsindən getdi
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"















.jpg)














