Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edildi
Bizi izləyin

Nida Xəbər

Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edildi

Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edildi

Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan geri qəbul edilib.

Bu barədə Publika.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Qeyd edək ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm