Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
Bizi izləyin

Nida Xəbər

Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan

Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan

Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 15-də hökumət brifinqində son açıqlamasına münasibət bildirərkən bildirib.

“Hiss edirəm ki, həm Ermənistanda, həm də Azərbaycanda uyğun bir həll yolu tapılmalı olduğuna dair getdikcə daha çox anlayış var”, - deyə Paşinyan bildirib.

Lakin hökumət başçısının qeyd etdiyi kimi, sərhədin delimitasiyası olmadan ərazi mübadiləsini həyata keçirmək mümkün olmayacaq.

Baş nazir qeyd edib ki, "Artsvaşenin (Başkənd) faktiki ölçüsünü bilməliyik. Bu, məsələni düzgün həll etməyə imkan verəcək".

Onun sözlərinə görə, Ermənistan sülhün institutlaşdırılmasının son mərhələsinə qədəm qoyub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm