Nida Xəbər
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
“3+3 formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran) növbəti görüş Azərbaycanda keçirilə bilər”.
Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirakının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılmış 3+3 formatını qeyd etmək istərdim. Bu formata Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran daxildir. Biz bir neçə dəfə görüşmüşük, hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünə kimin ev sahibliyi edəcəyi barədə razılığa gəlməsini gözləyirik”, - Rusiya XİN rəhbəri deyib.
Lavrov hesab edir ki, növbəti görüş Bakıda, ondan sonrakı görüş isə İrəvanda keçirilə bilər:
“Düşünürəm ki, yaxınlaşan görüşü Azərbaycanda, növbətisini isə İrəvanda keçirmək mümkündür. Bu, düzgün olardı”.
Nazir vurğulayıb ki, 3+3 formatı hərtərəfli əməkdaşlıq platformasıdır və ümumi regional kontekstdən kənarda həyata keçirilməsi planlaşdırılan hər hansı bir layihə ilə məhdudlaşmır:
“Azərbaycan və Türkiyənin təklif etdiyi 3+3 formatını fəal şəkildə dəstəkləyirik”.
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı
-
ABŞ14:04Trampın kürəkəninə qarşı məhkəmə iddiası: Gizlətdiyi nədir?
-
Nida Xəbər 12:56Sərhədin hər iki tərəfində anklav və ya eksklav olmamalıdır - Paşinyan
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır









.jpg)

.jpg)






















