Nida Xəbər
Tehran Zəngəzur dəhlizi ilə bağlı İrəvana sorğu göndərib: Bu cavabı veriblər
İran ABŞ-ın "Tramp marşrutu"nda hərbi iştirakı ilə bağlı İrəvana sorğu göndərib və mənfi cavab alıb.
Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın TRIPP layihəsi ilə bağlı mövqeyini şərh edərkən bildirib.
"Onların bu sualı verməsi tamamilə normaldır. Biz cavab vermişik. Tehran deyir ki, əgər yoxdursa, bu normaldır. Axı onlar da dəmir yolundan istifadə edə biləcəklər", - Mirzoyan deyib.
Nazir həmçinin qeyd edib ki, Tehranın TRIPP layihəsi ilə bağlı mövqeyi Ermənistanda tez-tez təhrif olunur və ya şişirdilir.
İran rəsmilərinin üçüncü ölkələrin mövcudluğunun regionu qeyri-sabitləşdirdiyinə dair açıqlamalarına gəldikdə, Mirzoyan konseptual olaraq onlarla razılaşıb.
"Üçüncü tərəfin hərbi mövcudluğunun digər iki tərəf üçün həyatı çətinləşdirməsi dərslik həqiqətidir", - deyə o bildirib.
Qeyd etmək lazımdır ki, sentyabr ayında İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Tehranın İrəvana mövcud narahatlıqların aradan qaldırılmasına kömək edəcək TRIPP layihəsi ilə bağlı fikir mübadiləsi mexanizmi yaratmağı təklif etdiyini bildirmişdi.
Diplomat xatırladıb ki, ABŞ prezidenti Donald Trampın İran xalqına qarşı düşmənçilik siyasəti nəzərə alınmaqla, İran Ermənistana layihə ilə bağlı narahatlıq ifadə edib. Bununla belə, o, mövcud problemlərin İrəvan və Tehran arasında dostluq və mehriban qonşuluq mühitində həll edilə biləcəyini iddia edib.
Müəllif: Tural
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə









.jpg)





.jpg)










.jpg)






.jpg)



