Nida Xəbər
Zakir Fərəcov Sumqayıtda növbəti vətəndaş qəbulu keçirdi - FOTO
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin 42-ci məhəlləsində sakinlərlə növbəti səyyar qəbul keçirilib.
Publika.az xəbər verir ki, qəbulda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər ştirak ediblər.
Görüş zamanı bildirilib ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onları narahat edən məsələlərin yerində öyrənilməsi və operativ həlli şəhər rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdəndir. Bu məqsədlə Sumqayıt şəhərinin müxtəlif yaşayış massivlərində mütəmadi olaraq səyyar qəbullar təşkil edilir, sakinlərin təklif və müraciətləri dinlənilir.
Səyyar qəbulda sakinlər tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə, məşğulluq, kommunal xidmətlərin keyfiyyətinin artırılması, yol infrastrukturunun təkmilləşdirilməsi, abadlıq və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinlərin müraciətlərini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb.
Görüşdə, həmçinin Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, yaşayış məhəllələrinin yenidən qurulması, yol və kommunal infrastrukturun müasirləşdirilməsi, yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində görülən işlərə toxunulub. Qeyd olunub ki, şəhərin bütün ərazilərində sakinlərin rahat yaşayış şəraitinin təmin edilməsi, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Səyyar qəbulun sonunda sakinlər göstərilən diqqət və qayğıya, müraciətlərinin birbaşa dinlənilməsinə və şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildiriblər.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO





















.jpg)





















