Nida Xəbər
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində NATO-nun nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik K.Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini və bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rola malik olduğu bildirilən görüşdə qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin, təlimlərin və kusrların vacibliyi diqqətə çatdırılıb.
Tərəflər həmçinin NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO








































