Nida Xəbər
Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb. Bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
Publika.az bildirir ki, daha sonra YAP Mətbuat xidmətinin yaydığı məlumata görə, yerli təşkilatlar tərəfindən keçirilən müşavirələrdə bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin partiya sıralarından xaric edilməsi və onun bütün dövlət təltiflərindən məhrum edilməsi tələbləri irəli sürülüb, yerli təşkilat sədrlərindən bu məsələnin partiya rəhbərliyi qarşısında qaldırılması xahiş olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin VIII Qurultayda seçilmiş tərkibdə ilk iclasında bildirib ki, çoxsaylı müraciətlər nəzərə alınaraq bu məsələ İdarə Heyətinin iclasına təqdim olunub.
YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Elmar Qasımov, Eldar İbrahimov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Anar İsgəndərov, Musa Quliyev və Ziyafət Əsgərov çıxış edərək qatıldıqları müşavirə və digər tədbirlərdə bu məsələnin geniş ictimai rezonans doğurduğunun şahidi olduqlarını, dövlətə xəyanətə, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməyə və digər bir sıra cinayət əməllərinə görə təqsirləndirilən Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmağa artıq mənəvi-siyasi haqqının çatmadığını, onun partiya üzvlüyündən xaric olunmasına tərəfdar olduqlarını vurğulayıblar. Müzakirələrdən sonra Ramiz Ənvər oğlu Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 6 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı




































