Nida Xəbər
XİN: Üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!
18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.
Publika.az xəbər verir ki, bu, Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
"Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, doğma vətənimiz üçün əbədi müstəqillik, davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq.
Qoy müstəqil Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!" - paylaşımda qeyd olunub.
Həmçinin XİN başçısı Ceyhun Bayramov da sosial şəbəkədə paylaşım edərək xalqı Müstəqilliyin Bərpası Günü münaibətilə təbrik edib.
"Bu gün müstəqil Azərbaycan öz zəngin dövlətçilik irsinə söykənərək inamla gələcəyə doğru irəliləyir, beynəlxalq arenada mövqeyini möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", - C. Bayramov yazıb.
-
Avropa10:13Müharibə həyəcanı Baltikyanı ölkələrə çatdı: Əhaliyə "Sığınacaqlara girin" əmri verildi!
-
Avropa09:55Hava limanında müəmmalı insident: Uçuşlar dayandırıldı, polis axtarışlara başladı - FOTO
-
Sağlamlıq09:37Başqalarının "uğur vitrini": Sosial şəbəkələr özünəinamı necə sarsıdır?
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16“Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO









.jpg)


























