Nida Xəbər
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşdü - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistanın Arkadağ şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüşüb.
Publika.az xəbər verir ki, Oğulcahan Atabayeva birgə fəaliyyət sayəsində Azərbaycan-Türkmənistan qardaşlıq münasibətlərinin iki fond səviyyəsində də dinamik inkişaf etdiyini bildirib. O, bir çox ölkədə nümayiş etdirilmiş və sabah açılışı nəzərdə tutulan MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin dərin məna daşıdığını diqqətə çatdırıb. O.Atabayevanın sözlərinə görə, incəsənət xalqları və millətləri birləşdirən universal beynəlxalq dildir. Bu sərgi yalnız mənəvi-mədəni zövq bəxş etmir, hətta ətraf mühitin mühafizəsi məsələlərinə də diqqət çəkir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iki ölkəni birləşdirən ortaq ənənələri və mədəni irsi xüsusi qeyd edib. O, hər iki ölkənin üzləşdiyi ümumi ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə diqqət çəkərək, MAMA “Ana təbiət” sərgisinin ictimaiyyətin diqqətini məhz bu mövzuya cəlb etmək məqsədi daşıdığını deyib. Leyla Əliyeva hər bir insanın təbiətə qarşı məsuliyyətli olmasının və birgə evimiz olan planetimizə qayğı göstərməyin vacibliyini qeyd edib. O, həmçinin su ehtiyatlarının qorunması problemlərini işıqlandıran Heydər Əliyev Fondunun “Bir damcı” layihəsini də xatırladıb.
-
Dünya19 Oktyabr 23:55Kim Çen İn insult keçirib? - Komada olduğu iddia edilir
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop19 Oktyabr 15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB19 Oktyabr 14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika19 Oktyabr 14:23Prezident bir qrup energetiki təltif etdi



























.png)







