Nida Xəbər
Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO
20 oktyabr – Energetiklər Günü münasibətilə Energetika Nazirliyinin, “AzərEnerji” ASC-nin və “Azərişıq” ASC-nin rəhbərliyi və kollektivlərinin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə Publika.az-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, energetiklər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər düzülüb.
Ziyarət Şəhidlər xiyabanında davam edib. Energetiklər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.
Qeyd edək ki, oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. 1981-ci ilin bu günündə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji bloku istifadəyə verilib. Bu hadisə ölkənin energetika tarixində mühüm mərhələnin başlanğıcı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 nömrəli Sərəncamı ilə 20 oktyabr tarixi Energetiklər Günü təsis edilib.
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?







.jpg)
.jpg)
.jpg)






.jpg)










.jpg)









