Nida Xəbər
Güneydən Azərbaycanla bağlı bəyanat
Güney Azərbaycanın Səhənd Partiyası son günlər Azərbaycan Respublikasındakı təhsil qaydaları ətrafında yaradılan media manipulyasiyalarına kəskin reaksiya verib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, partiya yaydığı rəsmi bəyanatda regionda demokratik prinsiplərin, dünyəviliyin və milli müstəqilliyin qorunmasının həyati əhəmiyyətini vurğulayıb.
Bəyanatda qeyd olunur ki, dünyəvi siyasi sistemlər bütün vətəndaşların hüquq bərabərliyini təmin edən ən sabit platformadır:
“Azərbaycan Respublikasının təhsil sistemindəki vahid geyim qaydaları dövlət məktəblərinin elmi və qeyri-ideoloji xarakterinin qorunmasına yönəlmiş addımdır. Bu addım təqdir edilməli və buna hər kəs hörmət etməlidir”.
Partiya şəriətə əsaslanan və məcburi hicab tətbiq edən rejimlərin fərdi azadlıqları pozduğunu, onların digər ölkələrin dünyəvi qərarlarına qarşı çıxmasının isə ideoloji ziddiyyətdən irəli gəldiyini bildirib.
Eyni zamanda vurğulanıb ki, beynəlxalq hüquqa əsasən, hər bir müstəqil ölkənin təhsil və mədəniyyət strukturunu müəyyən etmək onun xalqının və qanuni dövlətinin müstəsna hüququdur:
“Mənəvi-dini bəhanələrlə Azərbaycanın daxili işlərinə müdaxilə etmək, ictimai rəyi qızışdırmaq cəhdləri qəbulolunmazdır və milli müstəqilliyin kobud şəkildə pozulmasıdır. Regionun sabitliyi dini radikalizmdən uzaqlaşmaqdan və daxili maraqlara söykənən müasir strukturlara keçiddən asılıdır”.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?




















.jpg)









