Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO

Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO

Ermənistan sərhədini qanunsuz olaraq keçən Azərbaycan hərbçisi Nəsimi Musayevin həbsini əks etdirən video görüntülər yayılıb.

Publika.az xəbər verir ki, videonu "Joghovurd" qəzeti yayıb.

Saytın məlumatına görə, Musayev hüquq-mühafizə orqanlarına özünü müdafiə etdiyini, erməni ailəsinin evinə girərkən heç kimə zərər vermək niyyətində olmadığını bildirib.

O, dəfələrlə "Məni burax" deyə yalvardığını iddia edib. Lakin qadın silahı götürəndə o, atəş açıb. Bundan əlavə, Azərbaycan əsgəri qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqladığını və döydüyünü bildirib.

Musayevin danışdığı başqa bir epizod da diqqətəlayiqdir. Onun sözlərinə görə, o, artıq qan içində evdən qaçmağı bacarıb və daha sonra hüquq-mühafizə orqanları tərəfindən yaralı vəziyyətdə tapılıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm