Nida Xəbər
“Vaşinqton razılaşmaları regionda sülh və əməkdaşlıq üçün real zəmin yaradıb” - Samir Vəliyev
“Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib və göstərməkdədir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb. Ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar bölgədə sülhün təmin olunması üçün ümidləri artırır”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, Vaşinqton Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanması tarixi hadisədir. Bu görüşdən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Həmin görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.
Deputat bildirib ki, belə bir şəraitdə bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağını bəyan etməsi ciddi suallar doğurur. Nəzərə alaq ki, sülh sazişinin indiyədək imzalanmamasının səbəbi Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmamasıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu ölkənin konstitusiyasında müvafiq dəyişikliklər edildikdən sonra sülh sazişi imzalanacaq. Erməni tərəfi isə konstitusiya dəyişiklikləri ilə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini açıqlamışdı. Paşinyan yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu müstəqillik bəyannaməsinə istinad edilməməsinin zəruriliyini vurğulayıb. Əgər gələn il referendum keçirilərsə və ermənilər yeni layihəyə səs verərsə, sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Lakin Paşinyanın son açıqlaması sülh sazişinin gələcəyi üçün təhlükə yaradır.
Millət vəkilinin fikrincə, N.Paşinyanın bir tərəfdən sülh sazişinin əhəmiyyətindən, regional kommunikasiyaların açılmasının zəruriliyindən danışması, digər tərəfdən isə 2031-ci il açıqlaması rəsmi İrəvanın qeyri-müəyyənliyindən xəbər verir. Bu yanaşma erməni tərəfinin ziddiyyətli mövqeyinin göstəricisidir. “Əgər sülh Ermənistanın gələcəyi üçün önəmlidirsə, onun imzalanması və ratifikasiyası niyə 2031-ci ilədək uzadılmalıdır? Paşinyanın bu mövqeyi Ermənistanın daxili və xarici siyasətindəki ziddiyyətlərlə bağlı ola bilər. Digər tərəfdən, rəsmi İrəvanın Fransadan və Hindistandan hücum silahları almağa davam etməsi də ciddi suallar doğurur” – deyən Samir Vəliyevin əlavə edib ki, erməni tərəfi bu məsələlərə aydınlıq gətirməlidir.
“Nəzərə alaq ki, əgər yekun sülh sazişinin imzalanması həqiqətən də 2031-ci ilədək təxirə salınarsa, bu, artıq əldə olunmuş razılaşmaların praktiki nəticələrə çevrilməsinin ləngiməsinə səbəb olacaq. Yaxud, əgər erməni tərəfi yeni silahlar alaraq Azərbaycana güc nümayiş etdirməyə çalışarsa, ordumuz yenə də dəmir yumruğu işə salacaq. Ermənistan anlamalıdır ki, onun sülhdən başqa alternativi yoxdur” – deyə, deputat vurğulayıb.
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər
-
Magazin206:16Dua Lipa dərin yarıqlı şəffaf libasda göz qamaşdırdı - FOTO
-
Dünya05:15Daha bir ölkədə tələbələr ayağa qalxdılar








.jpg)


.jpg)


























