Nida Xəbər
Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəmir yolundan başqa qalan TRIPP infrastrukturunun harada yerləşəcəyi ilə bağlı suala münasibət bildirib.
Publika.az xəbər verir ki, Mirzoyan TRIPP sazişinin layihəsinin parlamentin xarici əlaqələr komitəsinə təqdimatı zamanı deyib: "Mən xüsusilə Meğriyə gedən dəmir yolu boyunca qaz və ya neft kəməri çəkməyi təsəvvür etmirəm".
Onun sözlərinə görə, Araz çayı ilə qayalar arasındakı bu hissə çox dar olduğundan, çox az yer qalır. Sovet dövründə olduğu kimi, orada dəmir yolu və elektrik xətləri çəkilə bilər.
Bu baxımdan, onun fikrincə, bu infrastruktur təkcə Sünikdə deyil, başqa yerlərdə də inşa edilə bilər.
"Boru kəməri Ermənistanın şimalından keçə bilər. Yer müəyyən edilməyib. Buna görə də, TRIPP-in eni barədə danışa bilmərəm, çünki orada belə bir boru yoxdur", - Mirzoyan deyib.
TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – Zəngəzur dəhlizi) layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
Müəllif: Tural
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi






.jpg)



.jpg)




.jpg)


















