Nida Xəbər
Azərbaycanlı çobanın Ermənistana keçməsi barədə İrəvandan açıqlama
“Azərbaycanlı çobanın yolunu azaraq Ermənistana keçməsi adi haldır, müxalifətin bunu siyasiləşdirməsi gülüncdür”.
Publika.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Vay o siyasi qüvvənin halına ki, ölkənin təhlükəsizliyinə təhdid yaradan şəxsin azmış çoban olduğunu düşünür. Belə hallar olur: onların tərəfindən də çoban azıb gələ bilər, bizim tərəfdən də. Hər iki tərəf bu cür hadisələrə çox konstruktiv yanaşır. Bu məsələdə də haqq üçün etiraf etmək lazımdır ki, belə hallara yanaşmalar çox adekvatdır”, - Ermənistan xarici işlər naziri bildirib.
Ararat Mirzoyan vurğulayıb ki, belə hadisələrin qarşısını almaq mümkün deyil:
“Daim nəyinsə pis olduğunu deməyə çalışırsınız. Bəli, pis hallar var, bunu bilirəm. Bəs indi nə edək - sərhədləri bağlayaq və yenidən münaqişəyə qayıdaq? Bu, Ermənistan üçün yaxşı yol deyil”.
Qeyd edək ki, Ermənistan mediası bundan əvvəl azərbaycanlı çobanın ölkəyə keçməsi barədə məlumat yayıb. Həmin şəxsin hazırda Berd şəhərinin hərbi polis qurumunda olduğu bildirilib.(teleqraf)
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO







.jpg)

.jpg)



.jpg)
.jpg)




















