Mirzoyan: Bu saziş imzalanmasa, “Tramp marşrutu” tarixin zibilliyinə atılacaq
Bizi izləyin

Nida Xəbər

Mirzoyan: Bu saziş imzalanmasa, “Tramp marşrutu” tarixin zibilliyinə atılacaq

Mirzoyan: Bu saziş imzalanmasa, “Tramp marşrutu” tarixin zibilliyinə atılacaq

“Hazırda TRIPP (“Tramp marşrutu”) layihəsinin nizamnaməsi və səhmdarlar arasında saziş üzərində iş aparılır”.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Daha bir məqamı qeyd edim: işlər yekunlaşmaq üzrədir, ümid edirəm, yaxın günlərdə bu barədə məlumat alacaqsınız. Əlbəttə, mümkün olan bütün sənədlər ictimaiyyətə açıqlanacaq və müəyyən edilmiş prosedurlara uyğun olaraq müvafiq mərhələlərdən keçəcək”, - nazir deyib.

Ararat Mirzoyanın sözlərinə görə, bütün hallarda işlər davam etdirilir:

“Bəllidir ki, əgər bu sənəd ratifikasiya olunmasa və tarixin zibilliyinə göndərilsə, bundan sonrakı müzakirələrin mənası qalmayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm