Nida Xəbər
Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
Məlum olduğu kimi, bir müddət öncə Azərbaycan Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində təhsialanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarını Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral tənqid etmiş, bunun “qəbuledilməz” olduğunu bildirmişdi.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, Oqtay Saral 1967-ci ildə Trabzon vilayətinin Of ilçəsində anadan olub. Əskişəhər Osmanqazi Universitetinin Mühəndislik-memarlıq fakültəsini bitirib.
1999–2001-ci illərdə Of bələdiyyəsinin sədri vəzifəsində çalışıb, 2011–2015-ci illərdə AKP-dən 24-cü çağırış Türkiyə Böyük Millət Məclisinin deputatı olub. 2015-ci ildə seçkilərə qatılsa da, seçicilərin səsini ala bilməyib.
Onun mənsub olduğu Saraloğlu tayfası Of şəhərinin qeyri-rəsmi sahibi hesab olunur. 1874-cü ildən bəri – 150 ildən artıqdır ki, bu şəhərdə bələdiyyə sədrləri əsasən həmin tayfanın nümayəndələri arasından çıxıb. 2009-cu ildə şəhərdə üç əsas siyasi partiyanın bələdiyyə sədrliyinə namizədlərinin hər üçünün Saral soyadını daşıması türk siyasi tarixində absurd komediya kimi xatırlanır. Siyasət və biznes klanı olmaqla yanaşı, bu ailənin “Sarallar qrupu” adı ilə tanınan mafiya qruplaşması vasitəsilə cinayət aləmində də kifayət qədər güclü mövqeyə malik olduğu bildirilir. Türkiyə Polisinin (Emniyet Genel Müdürlüğü) məlumatına görə, bu mafiya Türkiyənin ən güclü üç mafiya qruplaşmasından biridir. İstanbul Prokurorluğunun məlumatına görə, mafiyanın 250 nəfərlik silahlı dəstəsi və 35-40 min tərəfdarı var.
Rəcəb Tayyib Ərdoğanın ətrafında “Qaradənizlilər” adlanan nüfuzlu qruplaşmaya daxil olan Sarallar ailəsinin nümayəndələri xüsusilə İstanbulda, tikinti və infrastruktur layihələri üzrə dövlət tenderlərini əldə edirlər. Oqtay Saralın əmisi oğlu “İstanbulspor” klubunun prezidentidir.
İxtisasca inşaat mühəndisi olan Saral 2016-cı ildən Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviridir. Yeri gəlmişkən, Ərdoğanın 36 müşaviri var. Yəni Saral 36 məsləhətçidən biridir. Onun fəaliyyət sahəsi bələdiyyə və yerli idarəetmə məsələləri olsa da, o, hərdən daxili və xarici siyasətə də qarışır.
Dəfələrlə İsrailə qarşı açıqlamaları ilə gündəmə gəlib. 2026-cı ilin iyununda Saral verdiyi açıqlamasında İsrailin Türkiyədən çəkindiyini deyərək, sionist dairələri Türkiyəni hədəfə almaqda ittiham etmişdi.
Bundan başqa, 2015-ci ilin sentyabrın 9-da Saral iranlı həmkarları kimi, İsraili “yer üzündən silməklə” təhdid etmişdi.
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi









.jpg)






















