Nida Xəbər
Leyla Əliyeva Səmərqənddə reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış oldu - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə Dövlət çoxprofilli ixtisaslaşdırılmış məktəbəqədər təhsil təşkilatının və "İmkon" reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanış olub.
Publika.az xəbər verir ki, Leyla Əliyevaya mərkəzlərdə uşaqlara göstərilən təhsil, tibbi və sosial reabilitasiya xidmətləri barədə məlumat verilib.
Bildirilib ki, "İmkon" mərkəzlərində ixtisaslaşdırılmış məktəbəqədər təhsil, korreksiya məşğələləri, tibbi və sosial reabilitasiya, eləcə də ailələrə dəstək xidmətləri bir arada təqdim olunur. Bütün məşğələlər, prosedurlar və reabilitasiya proqramları ödənişsizdir.
Məktəbəqədər bölmələr 150 uşaq üçün nəzərdə tutulub. Burada 2–7 yaşlı uşaqların təhsili, korreksiya məşğələləri və gündə beş dəfə qidalanması təmin edilir.
Tanışlıq zamanı Leyla Əliyevaya xüsusi təchiz olunmuş kabinetlər, reabilitasiya zalları, sensor inteqrasiya və akvaterapiya məkanları, eləcə də uşaqların inkişafına yönəlmiş digər xidmətlər təqdim edilib. Uşaqlarla pediatrlar, ortopedlər, reabilitoloqlar, psixoloqlar, loqopedlər və defektoloqlar çalışırlar.
Qeyd olunub ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keyfiyyətli xidmətləri əlçatan etməkdir.
Mərkəzlər şəbəkəsində 2025-ci ildə 546 mindən çox məşğələ və prosedur həyata keçirilib. 2019–2025-ci illərdə isə onların ümumi sayı 1,5 milyona yaxın olub.
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa10 Noyabr 20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?








.jpg)











.png)



.jpg)
.jpg)









