Nida Xəbər
Prezident sərəncamı: Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, yeni milli park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının ərazilərində ümumilikdə 88 min 418 hektar sahəni əhatə edəcək.
Bəs Qarabağ Milli Parkının yaradılması ekoturizmin inkişafına hansı töhfələri verəcək?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan turizm üzrə ekspert Əziz Şiriyevin fikrincə, belə bir parkın yaradılması çox vacib məsələdir:
“Bu, Qarabağda təbiətin qorunmasına xüsusi diqqət yetirilməsinə və ərazinin mühafizəsinə xidmət edəcək. Milli parkın yaradılması faunamızın və floramızın mühafizəsinə töhfə verəcək. Eyni zamanda, istər yerli, istərsə də xarici turistlərin Qarabağa səfərləri zamanı onların qarşısında müəyyən məsuliyyət yaradacaq. Çünki milli park ərazisində təbiətin qorunmasına xüsusi yanaşılır. Ümumiyyətlə, bütün təbiəti qorumaq vacibdir, lakin milli parkların özünəməxsus faunası və florası olduğuna görə onların mühafizəsi daha böyük əhəmiyyət daşıyır”.
Ekspertin fikrincə, Milli Parkın yaradılması ərazidə təbiətə zərər vuran halların qarşısının alınmasına da kömək edəcək:
“Məsələn, qayaların üzərinə yazı yazılması kimi halların qarşısını almaq üçün nəzarət gücləndiriləcək, cərimələr tətbiq olunacaq və milli parkı mühafizə edən əməkdaşlar fəaliyyət göstərəcəklər. Bütün bunlar Qarabağın təbii sərvətlərinin qorunmasına, onun gözəlliklərinin gələcək nəsillərə çatdırılmasına və ekoloji irsimizin yaşadılmasına xidmət edəcək”.
-
İdman21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?

































