Nida Xəbər
Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan Respublikasının sərhədini keçdiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, Xidmət bununla bağlı açıqlama yayıb:
“19 oktyabr 2026-cı il tarixində, təxminən saat 17:50 radələrində, Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Qasımov Yaşar Əli oğlu Ermənistan Respublikası ərazisində (Tavuş rayonu) aşkar edilib.
Aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının azdığı üçün Ermənistan Respublikası ərazisində qaldığı məlum olub.
Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlər görülür".
Müəllif: Tural
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi































