Nida Xəbər
Əvvəllər 5 günə görülən bu iş 2 saata endirilir
Azərbaycanda xəzinə ödənişlərinin müddətinin 2 saata endirilməsi hədəflənir.
Publika.az Report-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
"Əvvəllər xəzinədən ödənişlərin həyata keçirilməsi üçün ən azı 5 iş günü tələb olunurdusa, hazırda ödənişlər eyni gün ərzində, orta hesabla maksimum 10 saat ərzində həyata keçirilir. Növbəti ildə bu müddətin 2 saata qədər azaldılması hədəflənir. Elektron müqavilə sistemi ilə yanaşı, yeni xəzinə modulu və elektron mühasibat sistemi də tam istifadəyə verilib. Bu sistemlər zənciri dövlət satınalmaları üzrə müqavilənin imzalanmasından ödənişin həyata keçirilməsinə qədər, eləcə də dövlət aktivlərinin reyestrində uçotun aparılmasına qədər bütün prosesləri əhatə edir, dövlət aktivlərinin vahid məlumat bazasının formalaşdırılmasına xidmət edir", - deyə nazir qeyd edib.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)














