Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
Bizi izləyin

Nida Xəbər

Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz

Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz

Sülh sazişinin tezliklə imzalanması hökumətimizin siyasi öhdəliyidir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 22-də hökumətin iclasında bildirib.

"Biz bu sənədin imzalanmasını və təsdiqlənməsini istəyirik, çünki kommunikasiyaların təkcə iqtisadi komponenti deyil, həm də sülhü möhkəmləndirmək missiyası var", - deyə o qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan da sülh müqaviləsinin mümkün qədər tez imzalanmasının vacibliyini bildirib.

O, 2031-ci ildə sülh müqaviləsinin imzalanacağı ilə bağlı dediklərini təkzib edib:

"Mən bunu 2031-ci ilə qədər bildirmişdim, yəni seçkilərdən sonrakı mandat beş il müddətinə verilib.

Amma biz prosesi təxirə salmağı planlaşdırmırıq”, - deyə Paşinyan qeyd edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm