Nida Xəbər
Bakı metrosunda yüksək vəzifəyə təyinatlar - FOTO
Bakı Metropoliteni QSC-də yeni kadr təyinatları olub.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, Zaur Nağıyev qurumun İdarə Heyəti sədrinin müavini, İlham Axundov və Kənan Cəfərov isə sədrin müşavirləri vəzifələrinə təyin ediliblər.
Zaur Nağıyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İdarə Heyəti sədrinin müavini təyin olunub.
1982-ci il təvəllüdlü Z.Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq, ADA Universiteti və Maastrixt İdarəçilik Məktəbinin birgə proqramında isə biznesin idarə edilməsi üzrə təhsil alıb. Müxtəlif illərdə BMT təşkilatlarında, SOCAR-da və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də çalışıb. 2022-ci ildən sonuncu qurumun İdarə Heyəti sədrinin müavini olub.
1970-ci il təvəllüdlü İlham Axundov Azərbaycan Texniki Universitetinin məzunudur. O, "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı, AZAL və digər qurumlarda rəhbər vəzifələrdə çalışıb. 2023-2026-cı illərdə "Azərbaycan Dəmir Yolları" QSC-də sədrin müşaviri olub.
1984-cü il təvəllüdlü Kənan Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit, həmçinin dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində və "Azərbaycan Dəmir Yolları" QSC-də müxtəlif vəzifələrdə çalışıb. 2024-2026-cı illərdə "Vadi Baku" QSC-nin icraçı direktoru olub.
Qeyd edək ki, təyinatlarla bağlı ilkin məlumatı Ölkə.az yayıb.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir











.jpg)






.webp)



.jpg)













