Nida Xəbər
BMT-də Azərbaycanın minalı əraziləri barədə məlumat verildi
Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənib. İndiyədək həmin ərazilərin yalnız 24,3 faizi təmizlənib.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi ilə keçirilən interaktiv dialoq zamanı bildirib.
O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, eləcə də məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneə yaradır. 2020-ci ildən bəri mina hadisələri nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 400-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb.
Şəhriyar Hacıyev vurğulayıb ki, münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə 16 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Böyük Qayıdış Proqramı çərçivəsində hazırda 48 yaşayış məntəqəsində 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.
Azərbaycan diplomatı mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq yardımın artırılmasının və məsuliyyət məsələsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Ş. Hacıyev əvvəlki çıxışnda BMT və digər müvafiq beynəlxalq təşkilatları öz mandatları çərçivəsində itkin düşmüş şəxslərlə bağlı axtarışların aparılması, məlumat mübadiləsinin asanlaşdırılması, məhkəmə-tibb ekspertizasının inkişaf etdirilməsi və zərərçəkmiş ailələrə dəstəyin artırılmasında daha fəal rol oynamağa çağırıb.
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...








.webp)













.jpg)













