Nida Xəbər
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırdı
Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələlərinə diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov müzakirələr zamanı bildirib.
Onun sözlərinə görə, təxminən üç onillik ərzində Azərbaycanın işğal altında olmuş ərazilərinin bir hissəsi qanunsuz fəaliyyətlər, o cümlədən adi silahların, döyüş sursatlarının və əlaqəli materialların qanunsuz dövriyyəsi üçün əlverişli şərait yaradan "boz zona"ya çevrilib.
Qeyd olunub ki, Azərbaycanın suverenliyinin bərpasından sonra həmin ərazilərdə sərhəd nəzarəti gücləndirilib və bununla da qanunsuz silah dövriyyəsi riski azaldılıb.
Müzakirələr zamanı Azərbaycanda mina təhlükəsinin miqyasına da xüsusi diqqət yetirilib. Bildirilib ki, son üç onillikdə 3 500-dən çox insan mina və müharibənin partlamamış qalıqlarının qurbanı olub.
Belə ki, 2020-ci ilin noyabrından bəri qadınlar və uşaqlar da daxil olmaqla, 443 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya xəsarət alıb. Qurbanların sayının artmaqda davam etdiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, ərazilərin minalarla çirklənməsi insanların həyatı üçün təhlükə yaratmaqla yanaşı, bərpa və yenidənqurma işlərinə mane olur, kənd təsərrüfatı torpaqlarından istifadəni məhdudlaşdırır, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını çətinləşdirir.
Bildirilib ki, mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsi, tərəfdaşlığın genişləndirilməsi və humanitar minatəmizləmə fəaliyyətlərinə yardımın artırılması vacibdir.
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı











.webp)






















