Nida Xəbər
Cinayət məcəlləsinə dəyişikliklər təsdiq edildi
Milli Məclis Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsini və hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi məsələsini son oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual Məcəllələrinə təklif edilən dəyişiklik parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənəddə qeyd olunub ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.
Layihəyə əsasən, terrorçuluğun maliyyələşməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi







.jpg)
.jpg)

_(1).webp)





.jpg)





.jpg)














