Nida Xəbər
Astanada ikicildlik “Türkistan” ensiklopediyası təqdim olundu - FOTO
22 oktyabr 2026-cı il tarixində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Respublika Günü ərəfəsində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə dəstəyi və iştirakı ilə “Türkistan” ikicildlik ensiklopediyasının təntənəli təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, həcmi 880 səhifə olan fundamental elmi nəşrdə Türkistan yalnız müasir Qazaxıstanın şəhəri və vilayəti kimi deyil, həm də türk sivilizasiyasının ən mühüm tarixi və mənəvi mərkəzlərindən biri kimi təqdim olunur. İkicildlik ensiklopediyanın baş redaktoru və layihə rəhbəri akademik Darxan Kıdırali, məsul redaktoru isə filologiya elmləri namizədi Turdıkul Şanbaydır.
Tədbir zamanı Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev dövlət başçısının adından ensiklopediyanın hazırlanmasında göstərdikləri mühüm xidmətlərə görə Turdıkul Şanbaya və nəşrin məsul redaktoru Jandos Bədəloğluna xüsusi “Altyn Barıs” döş nişanları ilə birlikdə təşəkkür məktublarını təntənəli şəkildə təqdim edib.
Təqdimat mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova ortaq tarixi-mədəni yaddaşın qorunması və sistemləşdirilməsi baxımından bu cür fundamental layihələrin xüsusi əhəmiyyətini vurğulayıb. Fondun prezidenti Türkistanın ortaq türk sivilizasiyasının ən mühüm mərkəzlərindən biri kimi roluna diqqət çəkərək, ensiklopediyanın gələcək nəsillər üçün dəyərli elmi mənbə olacağını qeyd edib.
Tədbir çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk irsinin öyrənilməsi və təbliği sahəsindəki mühüm xidmətlərinə görə akademik Darxan Kıdıraliyə və akademik Adil Əhmədova “Türk Mədəniyyəti və İrsinin Səfiri” fəxri adı verilib. Bundan əlavə, nəşrin məsul redaktoru Turdıkul Şanbay və Azərbaycanın “Turkistan.az” informasiya portalının baş redaktoru, tanınmış jurnalist Aqil Camal Türk Mədəniyyəti və İrsi Fondunun xüsusi təşəkkürnamələri ilə təltif olunublar.
Qeyd edək ki, ensiklopediya üzərində iş 2021–2025-ci illərdə aparılıb. Nəşrin hazırlanmasında 300-dən çox alim və tədqiqatçı iştirak edib, 4000-dən artıq ad və anlayış araşdırılaraq təhlil olunub.
Təqdimat mərasimində dövlət və ictimai xadimlər, tanınmış alimlər, ziyalılar, eləcə də türk dövlətlərinin diplomatik nümayəndəliklərinin rəhbərləri və nümayəndələri, o cümlədən Azərbaycanın, Qırğızıstanın və Türkmənistanın Qazaxıstandakı səfirləri iştirak ediblər.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi







.jpg)

_(1).webp)






.jpg)
.jpg)




.jpg)














