Nida Xəbər
Mobil nömrələrlə bağlı hamının bilməli olduğu təhlükə üzə çıxdı
Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Razi Nurullayev mobil nömrələrin yenidən istifadəyə verilməsi qaydaları və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı vacib məsələ qaldırıb.
Publika.az xəbər verir ki, deputat Razi Nurullayev diqqətə çatdırıb ki, istifadə olunmayan mobil nömrələrin yenidən dövriyyəyə buraxılması ilə bağlı vahid təhlükəsizlik standartlarının müəyyənləşdirilməsinə ehtiyac var. O vurğulayıb ki, günümüzdə mobil nömrələr təkcə zəng və SMS üçün deyil, həm də bank hesablarına, sosial şəbəkələrə, elektron poçta və müxtəlif dövlət xidmətlərinə giriş, eləcə də hesabların təsdiqi və bərpası üçün əsas vasitə hesab olunur.
Mövcud risklərə toxunan parlamentari bildirib ki, vətəndaşın istifadə etmədiyi nömrə müəyyən müddətdən sonra ləğv edilərək başqa abonentə satıla bilir. Əgər əvvəlki istifadəçi həmin nömrəni bank və ya sosial şəbəkə hesablarından ayırmayıbsa, yeni abonent ona ünvanlanan təsdiq kodları və digər konfidentsial məlumatlarla qarşılaşır ki, bu da şəxsi məlumatların məhrəmliyi və hesabların təhlükəsizliyi baxımından ciddi risk yaradır.
Razi Nurullayev mobil operatorların fəaliyyətinin məhdudlaşdırılmasını təklif etmədiyini, lakin mövcud qaydaların rəqəmsal həyatın müasir tələblərinə uyğunlaşdırılmasının zəruriliyini qeyd edib.
Deputat təklif edib ki, nömrə yeni abonentə verilməzdən əvvəl xüsusi karantin müddəti tətbiq olunmalı, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üçün əlavə təhlükəsizlik mexanizmləri yaradılmalıdır.
O, həmçinin mobil operatorlar, banklar, elektron xidmət provayderləri və sosial platformalar arasında nömrə dəyişdirildiyi zaman hesabların mühafizəsini temin edən sıx əməkdaşlıq mexanizminin qurulmasını məqsədəuyğun hesab edib.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi








.jpg)
.jpg)

_(1).webp)











.jpg)















