Nida Xəbər
Mülki Məcəllə və "İcra haqqında" Qanuna dəyişiklik I oxunuşda qəbul edildi
Azərbaycanda Mülki Məcəllədə və "İcra haqqında" Qanununda dəyişiklik edilməsi dəyişiklik edilməsi I oxunuşda təsdiq edilib.
Publika.az xəbər verir ki, dəyişikliklər məhsul şəhadətnamələrinin təminatlı qiymətli kağız kimi hüquqi statusunu müəyyənləşdirir, onların öhdəliklərlə yüklənməsi qaydalarını dəqiqləşdirir və bu şəhadətnamələr üzrə öhdəliklər icra edilmədikdə xüsusi qeydin tətbiqini nəzərdə tutur.
Mülki Məcəlləyə yeni 1077-1-ci maddə əlavə olunur. Həmin maddəyə əsasən, məhsul şəhadətnaməsi aqrar məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan təminatlı qiymətli kağızdır. Bu sənəd borclunun şəhadətnamədə göstərilən qaydada aqrar məhsulu və ya pul məbləğini onun mülkiyyətçisinə təhvil vermək və ya çatdırmaq öhdəliyini təsbit edir. Şəhadətnamənin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi "Məhsul şəhadətnaməsi haqqında" Qanun və digər normativ hüquqi aktlarla tənzimlənəcək.
Dəyişikliklərlə məhsul şəhadətnamələri Mülki Məcəllənin qiymətli kağızlarla bağlı bir sıra müddəalarına da daxil edilir. Eyni zamanda, bu şəhadətnamələrin öhdəliklərlə yüklənməsinin ümumi qaydalardan fərqli olaraq "Məhsul şəhadətnaməsi haqqında" Qanuna uyğun həyata keçirilməsi nəzərdə tutulur.
"İcra haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, icra sənədlərinin siyahısına məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd əlavə olunur. Həmin qeydin məzmunu "Məhsul şəhadətnaməsi haqqında" Qanunla müəyyən ediləcək. Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra edilməlidir.
Qanun layihəsinə əsasən, hər iki qanuna edilən dəyişikliklər "Məhsul şəhadətnaməsi haqqında" Qanunla eyni gündə qüvvəyə minəcək.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi

















081218_2.jpg)





.jpg)














