Nida Xəbər
“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər keçirildi - FOTO
Xankəndi şəhərində baş tutan “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevlə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhanın görüşü olub.
Publika.az xəbər verir ki, görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşkil etdiyi “SOCGOV 2026” forumunun əhəmiyyətindən bəhs olunub. Sosial xidmətlərin rəqəmsal analitika əsasında inkişafı, ağıllı idarəetmə modellərinin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin mübadiləsi baxımından da bu forumun mühüm platforma olduğu vurğulanıb.
Ölkəmizdə son illər aparılan sosial islahatlar çərçivəsində sosial xidmətlərin rəqəmsallaşdırılması, proaktiv mexanizmlərin qurulması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Rəqəmsal transformasiyanın bu sahəyə gətirdiyi mühüm üstünlüklərdən bəhs olunub.
İki nazirlik arasında əməkdaşlıq gündəliyi üzrə görülən işlər nəzərdən keçirilib, qarşılıqlı faydalı təcrübə və məlumat mübadilələrinin davamlı xarakter almasının əhəmiyyəti vurğulanıb.
Anar Əliyev Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktor müavini Sirojiddin Abdullayev ilə də görüşüb.
Hər iki ölkədə sosial müdafiə sahəsində son illər həyata keçirilən islahatlardan, rəqəmsal xidmətlərin genişləndirilməsi, innovativ həllərin tətbiqi istiqamətində aparılan işlərdən bəhs olunub. Nazirlik ilə Agentlik arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığı, fəal təcrübə mübadilələrinin həyata keçirildiyi bildirilib.
Görüş sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
























.jpg)














