"Euronews": Azərbaycanın sədrliyi ilə AQEM yeni inkişaf mərhələsinə qədəm qoyub
Bizi izləyin

Nida Xəbər

"Euronews": Azərbaycanın sədrliyi ilə AQEM yeni inkişaf mərhələsinə qədəm qoyub

"Euronews": Azərbaycanın sədrliyi ilə AQEM yeni inkişaf mərhələsinə qədəm qoyub

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv ölkələri regional təhlükəsizlik, iqtisadi inkişaf və ortaq çağırışları müzakirə etmək üçün bir araya gəliblər.

Publika.az xəbər verir ki, bu barədə “Euronews” telekanalının hazırladığı xüsusi materialda bildirilir.

30 ildən artıqdır müxtəlif siyasi və iqtisadi prioritetlərə malik dövlətləri birləşdirən təşkilatın 28 üzvü hazırda dialoqun praktiki nəticələrə çevrilməsi və qurumun rolunun artırılması istiqamətində fəaliyyət göstərir.

Qeyd olunub ki, Azərbaycanın 2024-cü ildən başlayan sədrliyi dövründə əsas diqqət AQEM-in institusional strukturunun möhkəmləndirilməsinə və əməkdaşlığın daha əməli xarakter almasına yönəlib. Bu çərçivədə maliyyə, təhsil və biznes sahələri ilə yanaşı, miqrasiya, iqlim dəyişikliyi və süni intellekt kimi aktual mövzular da geniş müzakirə edilir.

Vurğulanıb ki, yeni inkişaf mərhələsinə qədəm qoyan AQEM-də əsas hədəf aparılan danışıqları üzv ölkələr arasında uzunmüddətli və effektiv tərəfdaşlığa çevirməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm