Nida Xəbər
Zahid Oruc Arzuxan Əlizadənin oğlunun adı keçən qətl hadisəsindən danışdı
"Arzuxan Əlizadə Milli Məclisin deputatı kimi kifayət qədər alicənab, etik dəyərlərə hörmət edən bir şəxsdir. Təəssüf ki, iki gün öncə baş verən qanlı hadisə təkcə orada həyatını itirən gəncin deyil, o cümlədən Arzuxan Əlizadənin özünə və ailəsinə böyük mənəvi zərbə oldu. Tanınmış sima, partiya rəhbəri kimi o qətiyyən arzulamaz ki, onun ailə üzvü belə bir əməldə, hadisədə iştirakçı olsun".
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputat Arzuxan Əlizadənin oğlu ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Komitə sədri bildirib ki, hüquq-mühafizə orqanları kimliyindən asılı olmayaraq hadisə ilə bağlı operativ tədbirlər həyata keçirib:
“Hadisənin məhz Xətai rayonu ərazisində baş verməsi bizi ikiqat təəssüfləndirir. Özüm parlamentdə həmin rayon üzrə seçki dairəsini təmsil edirəm. Təəssüflər olsun ki, baş verən hadisədə sanki xoşməramla iştirak etmək istəyən qüvvələrin istəyi alınmayıb. Tərəflər ora soyuq silahla gəliblər və nəticəsi də ağır olub. Sözsüz ki, bu məsələ üzərindən hər birimiz düşünməliyik. Necə olur ki, gənclər arasında "kriminal avtoritetlik" mövqeyi üstünlük qazanır? Onlar hüquq-mühafizə orqanlarında deyil, öz aralarında bir qədər də başqa ölkələrdə özünü göstərən “qanuni oğru” və sair kimi adlarla, ləqəblərlə yoldaşlar və dostlar arasındakı mövzuları həll etməyə çalışırlar?”.
Zahid Oruc hesab edir ki, alternativ vasitələrə ehtiyac olmaması üçün ədalətli mühakimə sistemi gücləndirilməlidir:
“Deputat Arzuxan Əlizadə bu hadisə ilə bağlı vəzifə sahibi kimi övladını qanunsuz qaydada müdafiəyə cəhd etməyib. Bu hadisədə iştirak edən 11 nəfərin hamısı qanun qarşısında cavabdehliyə cəlb olunublar. Hər biri ilə əlaqədar 4 aylıq ilkin istintaq üçün həbs qətimkan tədbiri seçilib. Hadisə ilə bağlı yayılan videogörüntülərin özü sübut edir ki, bilavasitə ən son anda qətli kim törədib. Məsələyə ən son hüquq-mühafizə orqanlarında ədalətli qiymət veriləcək”.
“Burada kimisə məsuliyyətdən yayındırmaq üçün bir imkan da yoxdur. Hadisə artıq cəmiyyətin mühakiməsindədir. Belə kəskin ictimai reaksiyaların doğurması fonunda burada cinayət törədənlər cəzalarını alacaqlar. Digər yandan müəyyən şəxslərə məhz Xətai Rayon Məhkəməsində deyil, digər ərazilərdə hüquqi qiymətin verilməsinin özü də obyektivliyi təmin etməyə xidmət edir. Burada kiminsə siyasət və parlament mənsubiyyəti daşıması həmin insanın əleyhinə kəskin ittihamlara səbəb olmamalıdır. Arzuxan Əlizadənin ailəsinin də böyük mənəvi zərbə aldığını görməliyik, lakin qəti şəkildə də həqiqəti inkar etməməliyik. Biz də qəti şəkildə həmkar təəssübkeşliyindən çıxış etmirik”, - deyə Zahid Oruc qeyd edib.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar



































