Orduda ehtiyatda olanların təlimləri başa çatdı - FOTO
Bizi izləyin

Nida Xəbər

Orduda ehtiyatda olanların təlimləri başa çatdı - FOTO

Orduda ehtiyatda olanların təlimləri başa çatdı - FOTO

Azərbaycan Ordusunda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarının başa çatması münasibətilə tədbirlər keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər toplanışlar müddətində müxtəlif ixtisaslar üzrə keçirilən nəzəri və praktiki məşğələlərin hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldiyini bildiriblər. Qeyd olunub ki, təlim toplanışlarında qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

Sonra toplanışlarda fərqlənən bir qrup hərbi vəzifəli təltif olunub.
Tədbirlər şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Oxumağa davam et
Reklam
Reklam

Gündəm