Nida Xəbər
VII Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan mətbuat konfransı keçirildi - FOTO
27–29 oktyabr tarixlərində Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Publika.az xəbər verir ki, oktyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Forumla bağlı mətbuat konfransı təşkil olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, beynəlxalq marağın ildən-ilə artdığı bu platforma müxtəlif ölkələrin nümayəndələrini, din xadimlərini, gəncləri, hökumət və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək dialoqun və əməkdaşlığın inkişafına töhfə verir.
Nazir müavini bildirib ki, Forumu 19 ölkədən media nümayəndələri işıqlandıracaq. Oktyabrın 29-da iştirakçıların işğaldan azad edilmiş ərazilərə səfəri nəzərdə tutulur.
BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru xanım Nihal Saad müasir dünyada parçalanmaların artdığı şəraitdə dialoqa ehtiyacın daha da gücləndiyini vurğulayıb. O, Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Forumun yeniliklərindən biri kimi dinlərarası dialoqa həsr olunmuş “Dialoq – ortaq gələcəyə aparan yol xəritəsi” adlı plenar sessiyanı diqqətə çatdırıb.
ICESCO-nun Sivilizasiyalar Dialoqu Mərkəzinin rəhbəri Xalid Fatalrahman Ömər Məhəmməd deyib ki, Forum çərçivəsində yeni konsepsiyalar və müasir problemlərin həlli yollarının araşdırılmasına həsr olunan simpozium keçiriləcək.
Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?









.jpg)











.jpg)
















