“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
Bizi izləyin

Nida Xəbər

“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj

“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının birliyi və qarşıda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü barədə danışıb.

Publika.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında söz açıb.

“Oktyabrın 30-da ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə yenidən Ankarada ev sahibliyi edəcəyik. İnanıram ki, Türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə birlik və bərabərliklə dayanacağıq”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, zirvə görüşü oktyabrın 29-30-da Ankarada keçiriləcək. Tədbirin mövzusu “Türk əsri: Dildə, fikirdə, işdə birlik” olacaq. Görüşlərdə siyasi və iqtisadi əməkdaşlıq, ticarət, investisiya, enerji, nəqliyyat, rəqəmsal transformasiya və kosmik sahədə tərəfdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Zirvədə Türkiyənin TDT-yə sədrlik səlahiyyətlərini Azərbaycandan təhvil alması, həmçinin əməkdaşlığın genişləndirilməsinə dair sənədlərin və Ankara Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm