Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyi “Köklü Değişim” jurnalı və media qrupunun İstanbul təmsilçisi Məhəmməd Emin Yıldırım Türkiyədə saxlanılıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Yıldırım İstanbul polisi tərəfindən saxlanılıb.

Yerli medianın məlumatına görə, onun saxlanılmasına sosial şəbəkələrdəki paylaşımlarının səbəb olduğu bildirilir. Lakin Türkiyənin hüquq-mühafizə orqanları saxlanılmanın rəsmi səbəbini hələlik açıqlamayıb.

Qeyd edək ki, oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

XİN-in məlumatına əsasən, həmin şəxslərin sosial şəbəkələrdə və internet platformalarında Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və dövlət rəhbərliyinə qarşı yönəlmiş açıqlamaları bu qərarın verilməsinə əsas olub.

Nazirlik onların hakimiyyətin zorla dəyişdirilməsinə, dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş çağırışlarını da qeyd edib.

Məhəmməd Emin Yıldırımın adı da həmin siyahıda yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm